...

"Fitch Ratings" Azərbaycanda 2022-ci il üçün iqtisadi artım proqnozunu yeniləyib

İqtisadiyyat Materials 7 Aprel 2022 18:26 (UTC +04:00)
"Fitch Ratings" Azərbaycanda 2022-ci il üçün iqtisadi artım proqnozunu yeniləyib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə "Fitch Ratings" agentliyinin hesabatına istinadən məlumat verir.

Bu rəqəm dekabrda proqnozlaşdırılan göstəricidən 0,2 faiz azdır. Proqnozun azalması Rusiya-Ukrayna münaqişəsi ilə şərtləndirilib

Qeyd olunur ki, bu göstərici 2022-ci ildə 2,9 faizədək artacaq.

Hesabata əsasən, MDB regionunda zəif iqtisadi artım və yüksək inflyasiya neft və qaz ixracından yüksək gəlirlərlə tarazlaşdılır.

"Azərbaycan yüksək tələb və artan qiymətlər fonunda qaz ixracından böyük mənfəət əldə edəcək", - hesabatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti