...

Qırğızıstan Azərbaycana aviareysləri bərpa etməyi planlaşdırır

İqtisadiyyat Materials 27 Aprel 2022 13:56 (UTC +04:00)
Qırğızıstan Azərbaycana aviareysləri bərpa etməyi planlaşdırır
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Azərbaycanla aviaəlaqəni bərpa etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu məsələ Qırğızıstanın Bakıdakı səfiri Kayrat Osmonaliyevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü zamanı müzakirə olunub.

Qeyd olunur ki, tərəflər ölkələr arasında aviaəlaqənin bərpa olunması, Xəzər dənizində Qırğızıstan daşıyıcıları üçün bərə daşımalarına güzəştli tariflərin tətbiqi, Azərbaycanın peyk sistemindən istifadə imkanları məsələlərini müzakirə edib.

Bundan başqa, Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfərinin məhsuldar yekunları qeyd olunub və vurğulanıb ki, bu, iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə çıxmasına imkan verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti