...

Azərbaycanda bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək

İqtisadiyyat Materials 6 May 2022 21:00 (UTC +04:00)
Azərbaycanda bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində əksini tapıb.

Qanun laytihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:

- uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;

- gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;

- insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.

Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti