...

Böyük Britaniya Rusiyadan platin və palladiuma artan rüsumlar tətbiq etdi

İqtisadiyyat Materials 9 May 2022 05:49 (UTC +04:00)
Böyük Britaniya Rusiyadan platin və palladiuma artan rüsumlar tətbiq etdi

Bakı. Trend:

Böyük Britaniya Rusiya və Belarusdan platin, palladium və kimya məhsulları da daxil olmaqla cəmi 1,4 milyard funt sterlinq (1,72 milyard dollar) dəyərində bir sıra yeni malların idxalına 35% artırılmış rüsumlar tətbiq edəcək.

Trend "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə bazar günü Böyük Britaniya hökumətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, artırılmış rüsum tətbiq edilmiş Rusiya Federasiyasına və Böyük Britaniya arasında idxal-ixracın ümumi həcmi 4 milyard funt-sterlinqə (5 milyard dollar) çatacaq.

Buraya Böyük Britaniyanın Rusiyaya ixracına gözlənilən məhdudiyyətlər daxildir ki, bu da Rusiya iqtisadiyyatının ən asılı sektorlarında 250 milyon funt-sterlinq (310 milyon dollar) dəyərində malları hədəf alacaq.

Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, növbəti sanksiyalar paketinin tətbiqindən sonra krallığa Rusiyadan idxal edilən malların 96%-nə (qızıl və enerji istisna olmaqla) və Britaniyanın Rusiyaya ixracının 60%-nə məhdudiyyətlər tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti