...

Türkiyədən Azərbaycana işləməyə gələnlərin sayı kəskin azalıb

İqtisadiyyat Materials 17 May 2022 09:17 (UTC +04:00)
Türkiyədən Azərbaycana işləməyə gələnlərin sayı kəskin azalıb

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 77,8 faiz azalıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana İŞKUR vasitasilə iş tapmaq üçün iki Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 5 560 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 45,9 faiz çoxdur.

“Bu ilin aprel ayında İŞKUR vasitəsilə Türkiyədə 139 min 443 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 62,6 faizi kişi, 37,4 faizi isə qadındır. Aprel ayında Türkiyədə işsiz sayı 3,538 milyon nəfər təşkil edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,4 faiz azdır", - deyə İŞKUR-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti