...

Azərbaycanda qeyri neft-qaz sektorunda məhsul istehsalı 15 faizdən çox artıb

İqtisadiyyat Materials 17 May 2022 12:23 (UTC +04:00)
Azərbaycanda qeyri neft-qaz sektorunda məhsul istehsalı 15 faizdən çox artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında 27,4 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 15,1 faiz artıb.

Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma sektorunda, 21,1 faizi emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti