...

Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri başlayıb (FOTO)

İqtisadiyyat Materials 18 May 2022 10:42 (UTC +04:00)
Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri başlayıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisi başlayıb.

Trend-in məlumatına görə, sərgilər mayın 20-dək davam edəcək.

"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində 24 ölkədən 450-yə yaxın şirkətin məhsulları nümayiş etdiriləcək.

Sərgilər çərçivəsində B2B görüşlərin, "Chefs Cup" müsabiqəsinin "Balık Ekmek" balıq festivalının, panel müzakirələrinin və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Sərgilərə Azərbaycan Baş naziri Əli Əsədov, İsrailin kənd təsərrüfatı və kənd rayonlarının inkişafı naziri Oded Forer, Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, İsrailin Azərbaycandakı səfiri Corc Dik və digər rəsmi şəxslər baş çəkib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti