...

Energetika Nazirliyində kollegiya iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 19 May 2022 09:51
Energetika Nazirliyində kollegiya iclası keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlarda energetika sahəsinin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirildiyini və bu istiqamətlərə uyğun olaraq bir sıra strateji vəzifələrin irəli sürüldüyünü qeyd edib. Bildirilib ki, energetika sektorunda əsaslı islahatlara yönəlmiş bu vəzifələrin uğurla yerinə yetirilməsinin ən mühüm şərtlərindən biri müasir çağırışlara cavab verən qanunvericilik bazasının yaradılmasıdır. Ötən dövr ərzində Energetika Nazirliyi tərəfindən bununla bağlı bir sıra işlər görülüb və bu istiqamətdə fəaliyyət məqsədyönlü şəkildə davam etdirilməlidir. Kollegiya iclasında da məhz bu məsələlərin müzakirəsi nəzərdə tutulub.

Sonra gündəliyə uyğun olaraq Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən hazırlanmış “Texniki xidmətin nəticəsinə dair aktın forması”nın təsdiq edilməsi haqqında kollegiyanın Qərar layihəsi nümayiş etdirilib. Akt layihəsinin hazırlanması ilə bağlı görülmüş tədbirlərə dair hesabat təqdim edilib. Aktın tətbiqi proseduru, təsdiq olunduqdan sonra təşviqi və kommunikasiyası kimi məsələlərlə bağlı suallar cavablandırılıb. Aktın tərtib olunmuş formada təsdiq edilməsi qərara alınıb.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təmsilçisi tərəfindən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqindən irəli gələn məsələlərin icra vəziyyəti və görülən işlər barədə məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası çərçivəsində hazırlanmış alt qanunvericilik aktları haqqında danışılıb.

Daha sonra “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqindən irəli gələn məsələlər haqqında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda nazir Pərviz Şahbazov müzakirə edilən məsələlər üzrə atılacaq növbəti addımlar və qarşıya qoyulan vəzifələrin operativ və səmərəli icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti