Bakı. Trend:
Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin sadələşdirilməsi üzrə sazişin layihəsinin imzalanması gözlənilir.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.
Onun sözlərinə görə, bu layihə hələ 2016-cı ildə Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük xidmətləri tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanır.
"Tərəflər arasında bu müqavilənin imzalanması gözlənilir. Həmçinin, bu sistemin Gürcüstan tərəfindən 2023-cü il yanvarın 1-də işə salınması planlaşdırılır", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)