...

Gəncəli sahibkarlar Sumqayıt Kimya Sənaye Parkında olublar

İqtisadiyyat Materials 19 May 2022 16:59 (UTC +04:00)
Gəncəli sahibkarlar Sumqayıt Kimya Sənaye Parkında olublar

Bakı. Trend:

Mayın 19-da “Gəncə iş adamları” İctimai Birliyinin bir qrup nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev iş adamlarına ölkədə mövcud sənaye zonaları, burada investorlar üçün yaradılmış əlverişli şərait, tətbiq edlən güzəştlər barədə məlumat verib.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrin yaradılması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, iş adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət edilib.

Sonda biznes nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti