...

Qarabağın bərpa-quruculuq işlərində türk şirkətləri öz təcrübələrini bölüşəcəklər

İqtisadiyyat Materials 19 May 2022 18:02 (UTC +04:00)
Qarabağın bərpa-quruculuq işlərində türk şirkətləri öz təcrübələrini bölüşəcəklər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ yenidən qurularaq inkişaf etdiriləcək və bu bərpa-quruculuq işlərində türk şirkətləri öz təcrübələrini bölüşəcəklər.

Bu barədə Trend-in suallarını cavablayarkən "Azərbaycan-Türkiyə İş Adamları" Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın bildirib.

Onun sözlərinə görə, təcrübə mübadiləsində əsas hədəf Qarabağın dirçəldilməsi olacaq.

“Avropadakı, Afrikadakı bütün türk şirkətlərini Qarabağın bərpası üçün dəvət edərək bildirirəm ki, Azərbaycanda iş görmək üçün əlverişli mühit var və burada hər hansı bir problemlə üzləşməyəcəksiniz. Qarabağda hazırda infrasturktur işləri gedir və bitdikdən sonra o bölgə çox müasir və inkişaf edən bir yer olacaq. Oranın əsl sahibləri daha öncə xalçaçılıq, heyvandarlıq, dəriçiliklə məşğul olub və bərpa olunduqdan sonra bu işlərlə məşğul olub, inkişafa töhfə verəcəklər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti