Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.
Palatadan Trend-ə verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının Rəyi geniş müzakir edilib və müvafiq qərar qəbul edilib.