...

“Sahibkarı TAP” layihəsi (FOTO)

İqtisadiyyat Materials 20 May 2022 19:58 (UTC +04:00)
“Sahibkarı TAP” layihəsi (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sahibkarı TAP” layihəsini icra edib.

Layihə agentliyin elan etdiyi qrant müsabiqəsinin “müharibə təsirinə məruz qalmış regionlarda iqtisadi inkişaf istiqamətində araşdırma” mövzusu üzrə həyata keçirilib.

“Sahibkarı TAP” layihəsi çərçivəsində araşdırma işi aparılıb və nəticələrinə dair təqdimat mərasimi 20 may tarixində baş tutub. Belə ki, Ağdam, Bərdə, Gəncə və Tərtər rayonlarında əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğunun artırılması, sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə atılacaq addımları düzgün hesablamaq üçün aparılan araşdırma işinin nəticələri təqdimat mərasimində ictimaiyyətə təqdim olunub. Nəticələr haqqında təqdimatla çıxış edən KOBSKA idarə heyətinin sədri Nigar Ələsgərova layihənin il sonuna qədər davam edəcəyini açıqlayıb. Bildirib ki, araşdırma işi regionlarda sahibkarlıq potensialını dəyərləndirmək və mövcud problemləri aşkar etmək üçün əhəmiyyətli məlumat bazası rolunu oynayacaqdır. Araşdırmanın nəticələri infoqrafik videomaterial və kitabça şəklində internet resurslarında da yerləşdiriləcəkdir. Bu da gələcəkdə bu sahə ilə bağlı işlərin təşkilində məlumatlılığın artırılmasına müsbət təsir edəcək. Ümumilikdə 3 ay ərzində toplam 1000 nəfər sorğuya cəlb olunub. Təqdimat mərasimində millət vəkili Naqif Həmzəyev, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin rəhbər şəxsləri də çıxış ediblər. Natiqlər araşdırma və tədqiqat işinin aparılmasının bütün sahələrdə olduğu kimi sahibkarlıq sahəsində də olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Tədbirdə media nümayəndələri ilə yanaşı sahibkarlar da iştirak edib. Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkənin müharibə təsirinə məruz qalmış rayonlarında sahibkarlıq düşüncə tərzinə malik şəxslərinin aşkarlanması və mövcud potensialın dəyərləndirilməsini təşkil etməkdən ibarətdir və 3 ay müddəti əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti