...

BVF-nin Azərbaycan üzrə missiya rəhbəri İqtisadiyyat Nazirliyində olub (FOTO)

İqtisadiyyat Materials 1 İyun 2022 15:12 (UTC +04:00)
BVF-nin Azərbaycan üzrə missiya rəhbəri İqtisadiyyat Nazirliyində olub (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Çad Steynberqlə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda həyata keçirilən antiinflyasiya tədbirləri, Milli Prioritetlər, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası, dövlət müəssisələrində idarəetmənin, həmçinin sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər Azərbaycanın makroiqtisadi göstəriciləri və qarşıdakı dövr üçün proqnozlar, aparılan islahatlar, qlobal çağırışların iqtisadiyyata təsirləri barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti