...

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 6 İyun 2022 17:18 (UTC +04:00)

Bakı. Trend:

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf etdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti KOB inkişaf mərkəzləri ilə görüşüb. Hibrid formatda təşkil olunmuş görüşdə ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların maarifləndirilməsinin, bilik və bacarıqlarının artırılmasının prioritet istiqamətlərdən olduğunu bildirib. Qeyd olunub ki, KOB-ların bilik və bacarıqlarının artırılması istiqamətində siyasətin əsas məqsədi sahibkarların strateji hədəflərinə uyğun ehtiyaclarını müəyyənləşdirərək onların bilik və bacarıqlara sistemli şəkildə yenilənməsini və fəaliyyət istiqamətlərinə uyğun praktiki səriştələr əldə etmələrini təmin etməkdir. Sahibkarların bilik və bacarıqlarının artırılmasına özəl sektorun cəlb olunması beynəlxalq təcrübədə geniş tətbiq edilir. KOBİM-lər də müxtəlif operator şirkətlər tərəfindən idarə edilir. 2021-2022-ci illərdə KOBİM-lər tərəfindən 1883 təlim təşkil edilib ki, bundan təqribən 24 min KOB subyekti yararlanıb. 4 min KOB subyektinin faydalandığı 20 min saat məsləhət xidməti göstərilib. KOBİM-lərin dəstəyi ilə yeni bizneslərin qurulmasını və mövcud bizneslərin inkişafını nəzərdə tutuan 500-ə yaxın biznes plan hazırlanıb, 100 yeni KOB subyekti yaradılıb.

Görüşdə KOBİM-lərin fəaliyyəti, göstərdikləri dəstək və xidmətlər, fəaliyyətlərinin daha səmərəli və nəticəyönümlü təşkili ilə bağlı müzakirələr aparılıb, KOBİM-lərin təklifləri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti