Bakı. Trend:
2022-ci ilin yanvar-mart aylarında Azərbaycana birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz artaraq 1,8 milyard dollar olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.
1-ci rübdə ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 59,5 faiz təşkil edib.
2022-ci ilin 1-ci rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 760,4 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (1 079 milyon dollar) kapitalın repatriasiyası (2 839.4 milyon dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 735,2 milyon dollar (4,9 dəfə artım) olub.
(Tərcümə: Orxan Nəbiyev)