...

Əmircan qəsəbəsində məhəllədaxili yollar təmir edilir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 10 İyun 2022 15:39 (UTC +04:00)
Əmircan qəsəbəsində məhəllədaxili yollar təmir edilir (FOTO/VİDEO)

Bakı. Trend:

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsinin məhəllədaxili yollarında təmir işləri aparılır.

Agentlikdən Trend-ə bildirilib ki, uzunluğu 650, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Təmir işləri 3800 kv.m çox sahəni əhatə edib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.

“İnvestisiya Proqramına”na əsasən, Suraxanı rayonu üzrə təmir işləri Bülbülə qəsəbəsinin 600 metr uzunluğa malik Samir Əliyev və Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da davam edir.

Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti