...

Bitkoin 10 faizdən çox ucuzlaşıb

İqtisadiyyat Materials 13 İyun 2022 12:55 (UTC +04:00)
Bitkoin 10 faizdən çox ucuzlaşıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin son sutka ərzində 10 faizdən çox ucuzlaşıb.

Trend bu barədə CoinDesk portalına istinadən məlumat verir.

Qeyd olunur ki, hazırda kriptobirjalarda bitkoin 24,4 min dollar ətrafında alınıb satılır.

İyun ayının əvvəli ilə müqayisədə isə kriptovalyuta 15 faizdən çox ucuzlaşıb.

Ayın əvvəlində bitkoinin qiyməti 30 min dollar ətrafında idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti