Bakı. Trend:
2022-ci ilin may ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 81 min 716 ton təşkil edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 86 faiz artaraq, 21 min 408 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2,5 dəfə artaraq, 60 min 308 ton təşkil edib.
Bu ilin may ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 1,5 dəfə artaraq, 6 milyon 308 min 236 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin may ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 89 faiz artaraq 2 milyon 141 min 591 nəfər, beynəlxalq reyslər üzrə isə 2,1 dəfə artaraq 4 milyon 163 min 645 nəfər təşkil edib.
Məlumata əsasən, hava limanından 2022-ci ilin may ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 46 min 668 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 33 faiz artaraq 17 min 298, beynəlxalq reyslər üzrə isə 1,9 dəfə artaraq 29 min 370 olub.
2022-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 56 milyon 987 min 895 nəfər, yük dövriyyəsi isə 1 milyon 388 min 522 ton təşkil edib.
Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.