Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 16-da 125,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,78 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 124,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,93 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,88 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,28 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,88 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)