...

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində reydlər davam etdirilir

İqtisadiyyat Materials 21 İyun 2022 13:57 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə daxil olan məlumat əsasən, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon İcra Hakimiyyətinin və DİN-nin polis əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə və Yeni Suraxanı qəsəbələrində keçirilən reyd zamanı fiziki şəxslər Hüseynov Elşən Qeys oğluna, Vəliyev Mehman Balış oğluna, Cəfərov Səxavət Əbülfət oğluna, Əmirov Rauf Sərvər oğluna, Nəsibov Məhəbbət Azər oğluna, Məhərrəmov Arif Vəli oğluna, Nəcəfov Rasim Kazım oğluna məxsus məntəqələrdə heyvan kəsimi və ət satışının baytar nəzarəti aparılmadan həyata keçirildiyi aşkar edilib. Abdullayev Tofiq Habulla oğluna və Məsimov Həsənağa Zümrüd oğluna məxsus məntəqələrdə isə ət satışının baytarlıq ekspertizasından keçirilərək satışa verildiyi müəyyən olunub. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 3 məntəqədə kəsim üçün nəzərdə tutulan metal konstruksiyalar sökülüb, qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə maarifləndirici məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti