...

Qazaxıstan prezidenti Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edib

İqtisadiyyat Materials 29 İyun 2022 16:58 (UTC +04:00)
Qazaxıstan prezidenti Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edib
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edib.

Trend-in məlumatına görə, o, bu təklifləri Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı zamanı deyib.

"Qazaxıstan ət və süd məhsullarının ixracının artırılması üçün potensiala malikdir. Dövlətlərimizin ticarət əməkdaşlığının möhkəmlənməsi üçün müasir logistika infrastrukturunu ardıcıl inkişaf etdirmək lazımdır. Ona görə də biz minimum xərclərlə qarşılıqlı ticarət dövriyyəsini artırmağa imkan verəcək Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edirik", - deyə o bildirib.

K.Tokayev həm də qeyd edib ki, Qazaxıstanda müasir paylaşdırma mərkəzlərinin tikintisi başlayıb. Onun sözlərinə görə, bu mərkəzlərin Xəzəryanı ərzaq qovşağı ilə inteqrasiyası fermerlər, daşıyıcılar, satıcı və iştirakçılar üçün yeni imkanlar yaradacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti