...

Abşeron rayonunun Aşağı Güzdək avtomobil yolu yenidən qurulub (FOTO/VİDEO)

İqtisadiyyat Materials 5 İyul 2022 17:04 (UTC +04:00)
Abşeron rayonunun Aşağı Güzdək avtomobil yolu yenidən qurulub (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci km-dən ayrılan və 3.8 km uzunluğa malik torpaq örtüklü Aşağı Güzdək avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmədiyindən hərəkətdə problemlər yaradırdı. Problemlərin aradan qaldırılması, ərazidə yaşayan 11 min əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatdırılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, avtomobil yolu 2 hərəkət zolaqlı və 10 metr enində olmaqla yenidən qurulub.

Yolun böyük hissəsi torpaq, bir hissəsi isə deformasiyaya uğramış asfalt örtüyündən ibarət idi. Yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib.

Yolboyu “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti