...

“PASHA Bank Cup IV” yarışmasının üçüncü təsnifat mərhələsinin nəticələri məlum olub

İqtisadiyyat Materials 21 İyul 2022 12:49 (UTC +04:00)
“PASHA Bank Cup IV” yarışmasının üçüncü təsnifat mərhələsinin nəticələri məlum olub

Bakı. Trend:

“PASHA Bank Cup IV” yarışmasının “Dinamik proqramlaşdırma” mövzusuna həsr olunan və 8-11 iyul tarixlərini əhatə edən üçüncü mərhələsi geridə qalıb. 90-dan artıq iştirakçının yarışdığı bu mərhələdə 6 nəfər 100 %-lik, 15 nəfər isə 50%-dən artıq nəticə göstərib.

Bu mərhələni 100 %-lik nəticə ilə tamamlayan iştirakçıların adlarını diqqətinizə çatdırırıq:

- Ziya Muxtarov
- Səid Nəsibov
- İbrahim Tağızadə
- Rüstəm Ağayev
- Fərid Əhmədli
- Anar Verdiyev

Yarışmanın dördüncü mərhələsi 12-15 avqust tarixlərini əhatə edəcək və “Qraflar” mövzusuna həsr olunacaq. Bu mərhələdə istənilən şəxs öncədən təqdim edilən keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.

Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.

Müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşulmaqla, ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti