...

2023-cü ildə Azərbaycanda illik inflyasiya birrəqəmli səviyyəyədək azalacaq - Taleh Kazımov

İqtisadiyyat Materials 29 İyul 2022 11:38 (UTC +04:00)
2023-cü ildə Azərbaycanda illik inflyasiya birrəqəmli səviyyəyədək azalacaq - Taleh Kazımov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Proqnozlara əsasən, 2023-cü ildə xarici amillərin əlverişli dəyişiklikləri təqdirində Azərbaycanda illik inflyasiya birrəqəmli səviyyəyədək azalacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank ilin sonuna ölkədə inflyasiyanı 12,5-12,8 faiz arası proqnozlaşdırır.

"Biz növbəti ayların gedişatını görmək istəyirik. Çünki xarici mühit tez dəyişir və bu daha çox yenə də idxalla bağlı inflyasiyadır. Hər ay nəsə dəyişir. Axırıncı iki ayda da mövsüm amillərini nəzərə alaraq görürük ki, ərzaq qiymətləri azalır, logistika xərcləri də azalma trendinə gedir. Bu davam edərsə, sözsüz ki, biz öz proqnozlarımıza yenidən baxacağıq. Lakin hal-hazırda olan inflasiya proqnozumuz 12,5-12,8 faizidir", - T.Kazımov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti