Bakı. Trend:
2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımı 3,4 faiz olmaqla nominal ifadədə 115,4 milyard manat təşkil edəcək.
Trend bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən məlumat verir.
Eyni zamanda, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 65,7
milyard manata qədər (5,5 faiz) artacağı
proqnozlaşdırılır.
Bundan başqa. ölkədə ilin sonunadək ölkədə orta illik inflyasiyanın 12,5 faiz səviyyəsində olması gözlənilir.