...

Türkiyə limanları iyul ayında 33 milyondan çox yük qəbul edib

İqtisadiyyat Materials 15 Avqust 2022 17:20 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 919 min 441 ton yük qəbul edib.

Trend xəbər verir ki, Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 827 min 256 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 92 min 185 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 233 min 559 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyə limanları 231 milyon 147 min 523 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-iyul aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 571 min 854 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 214 milyon 576 min 669 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 47 milyon 833 min 507 ton transit yük daşınıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti