...

Nizami rayonunda iki küçənin kəsişməsindəki dairə təmir edilib (FOTO)

İqtisadiyyat Materials 22 Avqust 2022 19:51 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonu ərazisindəki Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri icra olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata əsasən, təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, bunun ardınca hamarlayıcı lay asfalt-beton örtüyü döşənib və asfaltlanma işlərinə başlanılıb.

Ümumilikdə isə təmir işləri 2800 kvadratmetr sahəni əhatə edib. Son mərhələ üzrə təmir işlərinin aparıldığı ərazidə yolgöstərici və yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti