...

Azərbaycanda fəaliyyət göstərən Qazaxıstan kapitallı şirkətlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 24 Avqust 2022 15:19 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən Qazaxıstan kapitallı şirkətlərin sayı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda xarici kapitallı 15 mindən çox şirkət qeydiyyata alınıb, onlardan 200-dən çoxu Qazaxıstan kapitallıdır.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra xarici sahibkarlar bu torpaqların bərpasına böyük maraq göstərir.

"Qarabağ enerji, turizm, nəqliyyat və logistika sektorlarında biznesin inkişafı üçün böyük potensiala malikdir. Agentliyimiz azad edilmiş ərazilərdə biznes fəaliyyəti üçün xarici şirkətlərdən 1 100-dən çox müraciət alıb. Onlardan 65-i Qazaxıstanın payına düşür", - O.Məmmədov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti