...

“Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanır

İqtisadiyyat Materials 5 Sentyabr 2022 12:42 (UTC +04:00)
“Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanmaqdadır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bütün bunların Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəyinə əminliyimizi bildiririk.

"Ümumiyyətlə, fitosanitar nəzarət sahəsində rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması effektiv idarəetmənin təmin edilməsinə, vətəndaş məmnunluğunun, şəffaflığın, görülən işlərin keyfiyyətinin və səmərəliliyinin daha da artırılmasına xidmət edəcəkdir", - deyə Q. Təhməzli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti