...

Moldova Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin imzalanmasını müzakirə edir

İqtisadiyyat Materials 5 Sentyabr 2022 16:27 (UTC +04:00)
Moldova Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin imzalanmasını müzakirə edir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin imzalanması imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu ölkə baş nazirinin müavini Andrey Spınu deyib.

"Moldova hökuməti fövqəladə vəziyyətə hazırlıq görür. Hazırda Rumıniya və Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin imzalanması müzakirə olunur", - deyə o bildirib.

Baş nazir müavininin sözlərinə görə, Moldovanın 35 milyon kubmetr qaz ehtiyatı var ki, bu da maksimum 10 günə kifayətdir. Bununla belə, A.Spınu bildirib ki, bu müddət digər mənbələrdən qaz tapmaq üçün kifayət edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti