...

Gələn ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

İqtisadiyyat Materials 24 Sentyabr 2022 15:04 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov bağlı qərar imzalayıb.

Qərara əsasən, qeyd edilən layihələr “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti