Bakı. Trend:
Azərbaycanın illik buğda tələbatı təxminən 1,2 milyon ton təşkil edir.
Trend-in məlumatına görə, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, yerli buğda istehsalı ölkə tələbatının təxminən 25 faizini təmin edir.
"Biz hər il 1-1,1 milyon ton buğda idxal edirik. Hesab edirik ki, Qarabağda buğda istehsalı işə salınandan sonra yerli istehsal daxili tələbatın yarısını təmin edə biləcək və idxal azalacaq", - Ə.Məmmədov deyib.