Bakı. Trend:
Daşınmaz əmlakla əlaqədar xidmət haqları tutulan xidmətlərin əhatəsi genişləndirilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir:
- daşınmaz əmlakın ilkin və təkrar texniki
inventarlaşdırılması;
- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına
keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması
və dövlət reyestrinə daxil edilməsi;
- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət
reyestrindən məlumatların verilməsi;
- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı
üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin
göstərilməsi;
- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri
əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.
Qanunda “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün dövlət rüsumu” maddəsinin adının “Ödənişlər” olaraq dəyişdirilməsi də təklif edilir.