...

Türkiyənin Almaniyaya ixracı 14,2 milyard dollara çatıb

İqtisadiyyat Materials 10 Oktyabr 2022 03:01 (UTC +04:00)
Türkiyənin Almaniyaya ixracı 14,2 milyard dollara çatıb

Bakı. Trend:

Yanvar-sentyabr aylarında Türkiyənin Almaniyaya ixracı rekord həddə - 14 milyard 258 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Birliyinin məlumatında deyilir.

İlin əvvəlindən ilk 9 ayda Türkiyənin Almaniyaya ixracı 14 milyard 258 milyon dollar təşkil edib ki, bu da ölkə tarixində Almaniyaya ixracat üzrə rekord göstəricidir.

Beləliklə, Almaniya Türkiyə məhsullarının idxalçıları arasında liderliyini qoruyub.

Yanvar-sentyabr aylarında Türkiyənin Almaniyaya ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artıb. Türkiyənin ixracatında Almaniyanın payı 10,2 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti