...

Ölkəmizə idxal olunan yeni avtomobillərin bahalaşması gözlənilir - Ekspert

İqtisadiyyat Materials 11 Oktyabr 2022 21:00 (UTC +04:00)
Ölkəmizə idxal olunan yeni avtomobillərin bahalaşması gözlənilir - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayında avtomobil bazarında aktivlik zəif olub.

Bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, sentyabrın ikinci yarısı aktivlik gözlənilsə də, bu, baş vermədi: "Hazırda köhnə avtomobil bazarında mühərrik həcmi 1500 kub metrlik və dizellə çalışan avtomobillərə üstünlük verilir. Yeni avtomobillərdən isə "krassover"lərə və mini "krassover"lərin alışına üstünlük verilir. Bundan başqa, vətəndaşların ekoloji təmiz avtomillərə də marağı artıb".

Ekspert bildirib ki, Azərbaycanın avtomobil bazarında iyul ayında qiymətlər 2% bahalaşmışdı.

"Bahalaşmaya əsas səbəb istehsalçı şirkətlər idi. Belə ki, şirkətlər ehtiyyat hissələrinin və daşınma xidmətlərinin yüksəlməsi səbəbindən istehsal olunan komfortlu avtomobillərin qiymətlərini qaldırmışdılar. Ehtimal olunur ki, ilin sonuna qədər də ölkəmizə idxal olunan avtomobillərin qiymətlərində 2% civarında artım olsun", - deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti