...

Xaricdə qeydiyyatda olan avtomobillərin Azərbaycana daxil olması ilə bağlı yeni qayda təsdiqlənib

İqtisadiyyat Materials 18 Oktyabr 2022 13:30 (UTC +04:00)
Xaricdə qeydiyyatda olan avtomobillərin Azərbaycana daxil olması ilə bağlı yeni qayda təsdiqlənib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların da informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir - daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks olunan məlumatlar; - daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar; - sürücülük vəsiqəsində əks olunan məlumatlar.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti