Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 95,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,1 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,85 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)