Bakı. Trend:
Azərbaycan logistika imkanları baxımından əlverişli coğrafi mövqeyə malikdir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann agentliyin rəhbəri Elaşd Nuriyevlə görüş zamanı deyib.
Onun sözlərinə görə, Almaniya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Almaniya şirkətləri sənaye zonalarına investisiyalarda, öz texnologiyalarının Azərbaycan müəssisələrində tətbiqində, eləcə işçi heyətin ixtisasının artırılması üzrə Almaniya təcrübəsinin tətbiqində maraqlıdır", - səfir deyib.