...

Türkiyənin Aliağa limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 11 Noyabr 2022 16:23 (UTC +04:00)
Türkiyənin Aliağa limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin İzmir şəhərində yerləşən Aliağa limanı 57 milyon 58 min 865 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 620 min 34 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 54 milyon 438 min 831 ton yük daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Aliağa limanından 356 min 696 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti