...

Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir - Səfir

İqtisadiyyat Materials 16 Noyabr 2022 16:56 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim məqsədimiz Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanda keçiriləck prezident seçkilərinə həsr olunmuş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Qazaxıstan İşgüzar Şurası artıq uğurla fəaliyyət göstərir və bu yaxınlarda 24 Qazaxıstan və 35 Azərbaycan şirkətinin iştirakı ilə iclasın keçirilməsi bunun təsdiqidir.

"Ölkələrimiz arasında uzun illər əməkdaşlıq ərzində münasibətlərin keyfiyyətcə yeni səviyyəsi formalaşıb. Azərbaycanla Qazaxıstanı sıx iqtisadi və mədəni-humanitar əlaqələr bağlayır", - deyə o bildirib.

Səfir qeyd edib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokyaevin avqust ayında Azərbaycana səfəri iki ölkə arasında yaxınlaşma və əlaqələrin dərinləşməsi kursunu bir daha təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti