...

2026-cı ilədək işğaldan azad edilən ərazilərdə qazpaylayıcı şəbəkə qurulacaq

İqtisadiyyat Materials 16 Noyabr 2022 18:37 (UTC +04:00)
2026-cı ilədək işğaldan azad edilən ərazilərdə qazpaylayıcı şəbəkə qurulacaq

Bakı. Trend:

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz təchizatı məqsədilə paylayıcı şəbəkə qurulacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti