...

KOBİA Qarabağda biznes fəaliyyəti üçün 1300-dən artıq müraciət alıb - Orxan Məmmədov

İqtisadiyyat Materials 24 Noyabr 2022 12:53 (UTC +04:00)
KOBİA Qarabağda biznes fəaliyyəti üçün 1300-dən artıq müraciət alıb - Orxan Məmmədov

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimiz aqrar sektorun inkişafının yeni təkanverici qüvvəsi kimi böyük potensiala malikdir. Qarabağ bölgəsinin malik olduğu təbii üstünlüklər, su ehtiyatları, əlverişli coğrafi mövqe və tarixi ixtisaslaşma təcrübəsi burada həyata keçiriləcək ağıllı kənd konsepsiyası ilə vəhdət şəklində aqrar sektorun inkişafının yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verəcəkdir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.

O qeyd edib ki, yerli və xarici sahibkarlar Qarabağda biznes fəaliyyəti həyata keçirmək üçün kifayət qədər maraq göstərirlər.

“Bu günə qədər, 1300-dən artıq müvafiq müraciət KOBİA tərəfindən qeydə alınmışdır. Daxil olan investisiya təkliflərinin təqribən 20%-i kənd təsərrüfatı və aqrar sektor ilə bağlıdır.

Bu baxımdan, aqrobiznes və aqrar turizm sahəsində həyata keçirilmiş layihə əhəmiyyətli bir dövrə təsadüf edir və ümidvaram ki, sektorda yeni inkişaf meyllərinin və yanaşmaların tətbiqinin genişləndirilməsi baxımından öz töhfəsini verəcəkdir”, - deyə O.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti