...

Serbiya Azərbaycandan qaz idxalına başlayacaq

İqtisadiyyat Materials 2 Dekabr 2022 21:00 (UTC +04:00)
Serbiya Azərbaycandan qaz idxalına başlayacaq

Bakı. Trend:

Serbiya hər ay qaz idxalına 200 milyon avro və elektrik enerjisi istehsalı xərcləri istisna olmaqla, elektrik enerjisi alınmasına100 milyon avroya qədər vəsait xərcləyir.

Trend Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqı (Aİ) ilə ünvanlı maliyyə yardımı haqqında sazişlərin imzalanmasından sonra deyib.

“Ümumi rəqəmlərlə desək, ayda 200 milyon avrodan az pul xərcləmirik. Yalnız elektrik enerjisinin idxalı üçün noyabrda 42 milyon avro xərcləmişik. Dekabrda bu məbləğin 90 milyon avrodan 100 milyon avroya qədər olması gözlənilir", - deyə dövlət başçısı bildirib.

Vuçiç, həmçinin deyib ki, Serbiya tədarükün şaxələndirilməsi çərçivəsində Bolqarıstanla sərhəddə qaz kəməri inşa edir və bu kəmər vasitəsilə Azərbaycandan qaz və Yunanıstandan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına başlayacaq.

Noyabrın ikinci yarısında Serbiyanın “Srbiyaqaz” dövlət şirkətinin baş direktoru Duşan Bajatoviç dekabrın 1-dən respublikanın Rusiyadan gündəlik 2 milyon kubmetr qaz almağa başlayacağını bəyan edib.

Xatırladaq ki, noyabrın sonunda Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Neqre 2023-cü ildə ölkədə elektrik enerjisinin təxminən 10%, qazın qiymətinin isə 11% bahalaşacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti