...

Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 7 milyonu ötüb

İqtisadiyyat Materials 9 Dekabr 2022 12:19 (UTC +04:00)
Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 7 milyonu ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin noyabr ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 23 faiz artaraq, 7 milyon 882 min 130 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 6 milyon 130 min 106 nəfər, beynəlxalq reyslər üzrə isə 49 dəfə artaraq 1 milyon 752 min 24 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 86 min 206 ton təşkil edib. Bununla yanaşı, noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 53 min 369 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 32 min 837 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 65 min 58 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq 49 min 219, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 15 min 839 olub.

2022-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 169 milyon 74 min 811 nəfər, yük dövriyyəsi isə 3 milyon 699 min 811 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti