...

Enerji auditinin keçirilməsi və nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması təsdiqlənib

İqtisadiyyat Materials 13 Dekabr 2022 11:10 (UTC +04:00)

Bakı. Trend:

Enerji auditinin keçirilməsi və nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması təsdiq edildib.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti Qərar verib.

Qərarla təsdiq edilmiş Qayda enerji istehlakına dair məlumatın əldə olunması və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsini özündə ehtiva edən enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir və enerji auditinin nəticəsinə dair hesabatın təqdimatı qaydasını və formasını müəyyən edir.

Enerji auditi sözügedən obyektlərdə enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirməyə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti