...

Azərbaycanda 250 mindən çox qadın sahibkar var

İqtisadiyyat Materials 14 Dekabr 2022 11:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 1 milyon 168 min sahibkar var və bunun 250 mindən çoxu qadın sahibkarlardır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dekabrın 14-də Milli Məclisdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” adlı ictimai dinləmədə deyib.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-si qadın sahibkardır.

Komitə sədri vurğulayıb ki, səhiyyə və təhsil sahəsində kişi və qadın əməyi yaxındır. “Ancaq bəzi sahələrdə fərqlər var və fərqlərin aradan qaldırılması, qadın sahibkarlığın inkişafı istiqamətində iş aparılır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti