...

Azərbaycanda "Revolut" ödəniş sistemi istifadəyə verilib

İqtisadiyyat Materials 14 Dekabr 2022 21:54 (UTC +04:00)

Bakı. Trend:

Britaniyanın maliyyə və texnologiyalar şirkəti "Revolut" Azərbaycanda tətbiqinin sadələşdirilmiş versiyasını - "Revolut Lite"ı istifadəyə verib.

Trend xəbər vrir ki, tətbiqin sadələşdirilmiş versiyası azərbaycanlı istifadəçilərə 30 müxtəlif valyutada 50-dən çox ölkəyə pul köçürmə imkanı verəcək.

Qeyd edək ki, gündəlik pul köçürmə limiti 2 min dollar, həftəlik limit isə 4 min dollardır.

Maliyyə bazarındakı mənbənin bundan əvvəl Trend-ə verdiyi məlumata görə, "Revolut" müştəriləri arasında pul köçürmələri zamanı heç bir komissiya tutulmayacaq, lakin pul vəsaitləri digər bankların və ya ödəniş sistemlərinin kartlarına və ya hesablarına köçürüldükdə 1 faiz komissiya tutulacaq. Minimum köçürmə məbləği bir dollardan az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti