...

Reaktiv mühərriklər üçün idxal olunan yanacaq bir il müddətinə gömrük rüsumundan azad edilib

İqtisadiyyat Materials 30 Dekabr 2022 20:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Eyni zamanda, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib. Bu qərar reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti