Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2022-ci ildə uğurlu fəaliyyət nəticəsində 18,7 milyon ton yükdaşıma həyata keçirib.
Bu barədə bu gün Trend-ə Qapalı Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, bu, 2021-ci illə müqayisədə 24,6 faiz və ya 3,7 milyon ton çoxdur.
Qeyd edək ki, 2022-ci ildə dəmir yolu ilə tranzit daşımalarda əhəmiyyətli artım əsasən Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində müşahidə olunub.
2021-ci ildə QSC 15 milyon ton yük daşıyıb.